Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 25 Sentyabr 2020, Cümə                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Erməni  saxtakarlığı  və etiraflar
Erməni  saxtakarlığı  və etiraflar
Zakir Cəbrayılov
Ermənilərin  plagiatlığı, saxtakarlığı,  başqa  xalqların  torpaqları ilə bərabər  mədəni irsinə təcavüzü haqqında  hər zaman  danışılıb, yazılıb. Deyəsən,  bədnam qonşularımız  bu  pis  əməllərindən,  vərdişlərindən  əl çəkənə oxşamırlar. Azərbaycan  Respublikası  Müəllif  Hüquqları  Agentliyinin  üç dildə  (Azərbaycan, rus, ingilis  dillərində)   nəşr etdirdiyi  “Gəldim, gördüm, ...mənimsədim” kitabında bu məqamlara aydınlılq gətirilib. Həmin   kitabda  toplanan   faktlardan  bəzilərini Fakt  Azərbaycan saytının istifadəçilərinin diqqətinə çatdırırıq:

Ermənilər  özləri  haqqında

Yeqişe Çarens,  tanınmış erməni şairi: “Bizdə riyakarıq ana bətnində olarkən yaranır”,

Ovanes  Tumanyan,  tanınmış şair yazıçı: “...həqiqi qurtuluş  daxildən  başlanmalıdır, çünki biz daxilən xəstəyik”(O. Tumanyan, səh.201. Yerevan, 1977)

Ovanes  Tumanyan:  “Bizim bədbəxt tayfamız heç vaxt  siyasi cəhətdən  müstəqil olmamışdır”

N. S. Vartapetov: “Xristian bayrağı ilə silahlanaraq (erməni kilsəsi) bütün zamanlarda tarixi  Albaniyanın  və onun  ayrılmaz hissəsi olan Qarabağın xalqlarını məhv etmişdir”  və  “bir vaxtlar  tarixi  vəziyyətə məharətlə uyğunlaşaraq  Bizans imperiyasına,  İran sasanilərinə, ərəb xəlifələrinə  və monqollara xidmət etdiyi kimi,  Səfəvilərə, daha sonra Rusiya  impereiyasına  xidmət etmişdir” (N. S. Varapetov “Xristianskie pamyatniki  Zakafkaziya)

Qevorq  Aslan,  tanınmış tarixçı: “Ermənilərdə dövlətçilik  olmamışdır. Onlar vətən hissi  və siyasi bağlarla bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadıqları  yerə bağlıdır” (Q. Aslan  1914)

S. Lexasi,  tanınmış erməni tarixçisi: “...Moldovadan Stanbula,  Romadan böyük Venesiyaya  elə bir şəhər, iri və  xırda kənd yoxdur ki, orada erməni olmasın. Biz toz kimi bütün dünya torpağına səpələnmişik. (S.  Lexasi,  Moskva 1965) 

Ermənilər öz tarixi  haqqında

Manuk Abeqyan, tanınmış  ədəbiyyatşünas alim,  akademik: “...erməni xalqının kökləri haradadır, buraya necə, nə vaxt,  haradan  və hansı yollarla  gəlib... Bizdə bunun  dəqiq  və aydın sübutları yoxdur”.( “Erməni ədəbiyyatı tarixi” Yerevan 1975)

Tanınmış  mütəxəssis Levon  Dabeqyan: “...ermənilər  öz milli varlıqları üçün birbaşa ... türklərə borcludurlar. Əgər biz bizanslılar və ya  başqa avropalılar  arasında qalsaydıq, erməni adı onda  ancaq  tarix kitablarında  saxlana bilərdi”.

Qaraqaşıyan:  “Ermənilərin keçmişi haqqında tarix  və ya  rəvayət  kimi qəbul ediləcək heç bir məlumat  yoxdur. Onlar  xrisrtianlığı qəbul etdikdən  sonra Ayk  və Nuhla  qohumluğu uydurmuşlar. Belə  qəbul  olunub ki, o,  Yavəsin nəvəsi, Nuhun  oğlu olan Torqomun  nəslindəndir. Çünki  əski tarixçilərdən  bir neçəsi  Yəhudi salnamələrində  xatırlanan Torqom adını  Ermənistanın bir hissəsi,  ailə, nəsil, Torqom  milləti kimi göstərmişlər.  Bu haqda ilk dəfə  Xoren Movses yazmışdır”( “Şərq Tarixi” London 1905)

Basmacyan:  “Ermənistanın və ermənilərin tarixi və yaranışı  çox qaranlıqdır.(“Müasir erməni tarixi”.  Paris, 1917)  

B. İşxanyan:  “Qarabağda yaşayan ermənilərin bir hissəsi  Türkiyə və İraqdan olan qaçqınlardır, onlar üçün  Azərbaycan torpağı  təqib  və zülmlərdən  sığınacaq yeri olmuşdur”(B. İşxanyan “ Qafqaz xalqları” 1916)

1 ... 18 19 20 ... 1000

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.010682

 

Site by Webcoder