Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 22 Avqust 2019, Cümə axşamı                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Əbülfəs Qarayev: Bu gün Azərbaycan mədəniyyəti dünyada qəbul olunur
Əbülfəs Qarayev: Bu gün Azərbaycan mədəniyyəti dünyada qəbul olunur
11.07.2012.

Azərbaycan mədəniyyəti dünyada tanınır və qəbul olunur. Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidentinin sərəncamı ilə fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət və incəsənət işçilərinə orden və medalların təqdim edilməsi mərasimində çıxış edərkən deyib.

Qarayev bildirib ki, "Eurovision" mahnı müsabiqəsinin Bakıda keçirilməsi Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunmasına kömək edib.

Nazirin sözlərinə görə, yalnız son bir ayda 3 ölkədə Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlərin xarici ölkələrdə çox uğurla təşkil edildiyini vurğulayan Qarayev qeyd edib ki, artıq Azərbaycanda sərgi mədəniyyəti inkişaf edir.

Onun sözlərinə görə, son illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan mədəniyyəti ilə bağlı layihələr həyata keçirilib və bunun sayəsində Azərbaycan mədəniyyəti çox geniş şəkildə təbliğ edilib.

Daha sonra Qarayev ölkə Prezidentinin sərəncamı ilə fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət və incəsənət xadimlərinə orden və medalları təqdim edib.

 

1 ... 999 1000

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.006091

 

Site by Webcoder