Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/ts_module/kernel/TsKernel.php on line 420

Deprecated: Function ereg() is deprecated in /data/factinfo/public_html/old/index.php on line 37

az | en | ru

Bu gün: 8 Dekabr 2019, Bazar                            WWW.FACT-INFO.AZ

TƏRƏFDAŞLAR
 
MƏSLƏHƏT GÖRÜRÜK
 
ƏLAQƏ:  050 672 15 67

 
 
 

 

 

Tarix ibrət dərsi götürmək və tərbiyələnmək üçün bir mənbədir
Tarix ibrət dərsi götürmək və tərbiyələnmək üçün bir mənbədir
Müsahibimiz sovet dönəmində müxtəlif vəzifələrdə çalışan, müstəqillik illərində prezidentliyə namizəd olan və hal-hazırda isə pedaqoji fəaliyyətlə məşğul olan professor Firudin Həsənovdur

-Firudin müəllim, təkzibolunmaz faktdır ki, Azərbaycanda tarixin müxtəlif dönəmlərində repressiya aparatı fəaliyyətdə olub. Sovet cəza maşınının əsas fiqurları çox zaman ermənilər olublar. Siz necə fikirləşirsiniz həmin dövr lazımınca tədqiq olunubmu?

-Heç şübhəsiz ki, həmin dövr 90-cı illərdən sonra araşdırılmağa başlandı. Tarixçilərimizin müxtəlif mənbələrdən aldığı informasiyalar, apardığı tədqiqatlar nəticəsində maraqlı nəticələr əldə olunub. Bu gün bir mənalı demək olmaz ki, tarixin bütün qaranlıq məqamlarına aydınlıq gətirilib,hər şey açıqlanıb, deyilib. Ümumiyyətlə, həmin dövrün ən böyük qüsurlarından biri cəmiyyətin qapalı olmasında idi. Qapalı cəmiyyətdə repressiyanın baş verməsi mümkün haldır və bu da vermişdi. 80-ci illərdə bəzi ədəbiyyat nümunələrində bu məsələrə toxulurdu, ziyalıların bu repressiyalardan xəbəri vardı, təhsil ocaqlarında danışılırdı. Ancaq bu məsələlər aşkarlıq çağına qədər üstüörtülü qaldı. Mənə belə gəlir ki, azərbaycalılara qarşı törədilən bu haqsızlıqların mahiyyətində millətin genefondunu məhv etmək dururdu. Azərbaycanın ən dəyərli ziyalılarını, elm xadimlərini, incəsənət adamlarını günahsız yerə məhv etmək kimə lazım idi. 1920-ci ilin mayından 21-ci ilin avqustuna qədər Azərbaycanın 48 min ən görkəmli ziyalısı qırmızı terrorun qurbanı olub: Onların arasında cümhuriyyət dövrünün generalları, zabitləri, Azərbaycanın ziyalı oğulları olub. Biz il yarımda qırmızı terrorun qurbanları olan 48 min nəfər ziyalını heç vaxt unutmamalıyıq. Bu proseslərdə cəza aparatında çalışan ermənilərin böyük xidmətləri olub. Bu siyasət 1948-53-illərdə başqa formada özünü büruzə verdi. Stalinin əmri və ermənilərin böyük canfəşanlığı ilə o zaman azərbaycanlılar qədim torpaqlarından, Ermənistandan çıxarıldılar. Mənə belə gəlir ki, 1948 və 1953-cü illərdə Ermənistandan azərbaycanlıların deportasiya olunmasına hüquqi-siyasi qiymət verilməlidi. 1948-53-cü illərdə Qərbi Azərbaycandan qaçqın düşən soydaşlarımıza repressiya qurbanları statusu verilməlidir. Beynəlxalq məhkəmə qarşısında Ermənistanın 1948-53-cü illərdə Qərbi Azərbaycandan qovulan soydaşlarımıza təzminat ödəməsi məsələ qaldırılmalıdır. Azərbaycanlıların kütləvi şəkildə qırılması, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixinin faciəvi səhifələrindən biri hesab etmək olar. Bu faciələrin günahkarları "Böyük Ermənistan" yaradılması kimi sərsəm bir ideyanı həyata keçirmək üçün heç bir iryənc vasitədən çəkinməyən erməni şovinizmidir. Represiya illərində Azərbaycanın 51 rayonundan 31-nin Xalq Daxili İşlər Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. Ona görə təkcə 1937-ci ildə Azərbaycanda 29 min "xalq düşməni" adı verilən ziyalılarımız güllələndi. 1937-1938-ci illərdə Azərbaycanın minlərlə ziyalısı, o cumlədən Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Əli Nəzmi, Əhməd Cavad və başqaları xarici dövlətlərə cəsusluqda və "pantürkizm"də günahlandırılaraq represiya olundu. Beləliklə Ermənilərin Azərbaycanda apardıqları soyqırım fikri hər zaman davam etməkdə idi. Azərbaycanı türkçülükdən uzaqlaşdırmağa çalışan sovetlər birliyi və hər zaman rusların əl altıları olan ermənilər tariximizi saxtalaşdırmağa çalışırdılar. Ziyalılarımızın öldürülmələri ilə yetməyən amansız düşmənlərimiz Tarixi abidələri də yandırır və istintaqdan yayınırdılar.

-Sovet dönəmində Kommunist Partiyasının üzvü olaraq sizdə müxtəlif dövlət vəzifələrində çalışmısınız.Necə düşünürsünüz həmin dövrdə ermənilərə bu qədər güzəştlərin edilməsi, hətta azərbaycanlıların tarixi torpaqlarının onlara bağışlanması nə ilə bağlı olub?

-Mən o dövrdə müxtəlif partiya işində çalışmışam, vəzifə tutmuşam. Son 70 ildə həmin partiyanın Azərbaycan xalqının başına gətirdiyi fəlakətlərdən xəbərim var. Artıq Kommunist Partiyası çox ağrılı, insanlara fəlakət gətirən tarixi keçmişdir. Həmin dönəmdə erməni fəallığı haqqında onu deyə bilərəm ki, ermənilər bütün tarix boyu öz məkrli niyətlərini həyata keçirmək üçün hər cür hiyləgərliklərə əl atıblar. I Pyotrdan tutmuş bütün Avropa ölkələrinin rəhbərlərinin saraylarını gəzərək onlara yaxın olmağa çalışıblar.Sovet dövründədə onlar bu siyasətlərini davam etdirərək bütün dövlət strukturlarında, hüquq mühafizə orqanlarında yuva salmışdılar.Faktlar göstərir ki, Azərbaycanın təhlükəsizlik qurumlarına yalnız 60-70-ci ilərdən sonra böyük dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində milli kadrlar cəlb olunmağa başlayıb. Həmin dövrə qədər bu sahələrdə digər millətlər üstünlük təşkil edib. Əgər araşdırsaq görərik ki, 37-ci illər repressiyası dövründə qanunsuz həbs olunan azərbaycanlının işini aparan müstəntiqlərdən biri erməni olub. Əldə edilən istintaq materiallarından bəlli olur ki, ermənilər bu məsələdə də düşmənçilik siyasətlərini həyata keçiriblər. Həmin rejimin və onların əlaltılarının hədəflərində Azərbaycanın milli məfkurə sahiblərini, ləyaqətli ziyalılarını məhv etmək dururdu. Təbii ki, bu da hər bir millət üçün böyük itki idi.

-Bəs sovet tarixşünaslığının bu qədər saxtalaşdırılmasının, faktların təhrif edilməsinin səbəbi nədir?

-Saxtakarlıq həmin rejimin mahiyyətindən irəli gəlirdi. Ancaq həqiqəti uzun müddət gizli saxlamaq olmaz. Necə ki, 90-cı illərdən sonra bir çox tarıxi saxtakarlıqlar üzə çıxdı. Kimin kim olduğu bəlli oldu. Sonda onu da deyim ki, tarix ibrət dərsi götürmək üçün, tərbiyələnmək üçün mənbədir. Mənə belə gəlir ki, ermənilər öz tarixi keçmişlərinə, törətdikləri cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verib tərbiyələnməlidirlər.

1 2 ... 1000

 


Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına hazırlanmışdır.
 

VIRTUAL QARABAĞ

Virtual Qarabağ

TARİXİN YADDAŞI

SEÇMƏLƏR

 

 

 

     
 

Bütün materiallar FACT-INFO.AZa məxsusdur və istinad vacibdir.

 

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.006456

 

Site by Webcoder